“Ya qalib gələcəyik, ya da şəhid olacağıq” - İran
İran mediasında ölkənin mübarizəni davam etdirəcəyi və təslim olmayacağı ilə bağlı bəyanat yayımlanıb.
TodayPress TV bu barədə İran mediasına istinadla xəbər verir.
Bəyanatda bildirilib ki, İran üçün mübarizənin iki mümkün sonu var: şəhid olmaq və ya qələbə qazanmaq.
“Allah köməyimiz olsun. Ya şəhid olacağıq, ya da qalib gələcəyik. Hər iki halda sonumuz zəfərdir. Təslim olmayacağıq”, – deyə açıqlamada qeyd olunub.
Kübra Musayeva