ABŞ İranla danışıqları davam etdirir, yoxsa...

ABŞ İranla danışıqları davam etdirir, yoxsa...
07.11.2026 00:48 Dünya

İran və ABŞ arasında danışıqlar davam edir.

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“İranla işlərimiz çox yaxşı gedir. İranla danışmışıq və danışırıq”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib.

O, həmçinin ABŞ-nin fəaliyyəti sayəsində Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu iddia edib.

Bununla yanaşı, “Fox News” telekanalının iddiasına görə, ABŞ noyabrın 9-da İrana qarşı hərbi əməliyyatları bərpa etmək imkanını nəzərdən keçirir. Telekanalın məlumatına əsasən, bu məsələ ilə bağlı müşavirələr noyabrın 4 və 5-də Ağ Evdə keçirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər