Tarixi zəfər: Azərbaycan tamblinqçiləri ardıcıl üçüncü dəfə dünya çempionu!
Azərbaycanın tamblinq növü üzrə kişilərdən ibarət yığma komandası Çinin Nankin şəhərində keçirilən dünya çempionatında tarixi uğura imza ataraq ardıcıl üçüncü dəfə dünya çempionu adını qazanıb.
TodayPress TV xəbər verir ki, komandalararası yarışın finalında ölkəmizi Tofiq Əliyev, Mixail Malkin, Adil Hacızadə və Aleksey Karataşov təmsil ediblər.
Azərbaycan gimnastları həlledici mərhələdə 25 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar.
Yığmamız ən yaxın izləyicisi olan Danimarka komandasını bir xal qabaqlayıb.
Namiq HUN