Fransada dərs vaxtı liseyə hücum edildi - Şagirdlər təxliyə olundu

Fransada dərs vaxtı liseyə hücum edildi - Şagirdlər təxliyə olundu
06.11.2026 22:57 Dünya

Fransada liseyə naməlum şəxslər tərəfindən yanğın törədilməsinə cəhd edilib, hadisə zamanı dərslər keçirildiyindən müəllim və şagirdlər binadan təxliyə olunublar.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, ilk yanğın siqnalı yerli vaxtla saat 10:00-da işə düşüb. Yarım saat sonra təhsil müəssisəsinə aidiyyəti olmayan bir neçə nəfər binaya daxil olaraq fişəng partladıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Daha sonra həmin şəxslər tualet kağızlarını və zibil qutularını yandırmağa başlayıblar. Onların hərəkətlərinin qarşısı yalnız hadisə yerinə gələn polis əməkdaşları tərəfindən alınıb, yanğın söndürülüb. Bu müddətdə lisey rəhbərliyi şagirdləri əvvəlcədən daxili həyətdə toplayaraq təxliyə edib.

Hadisədən sonra dərslər ən azı noyabrın 7-si günortaya qədər distant formada davam etdiriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər