Finlandiyada dəhşətli yanğın: Toxumluq kartof ehtiyatının beşdə biri məhv oldu
Finlandiyanın şimalında baş verən yanğın nəticəsində ölkədə bütün toxumluq kartof ehtiyatının beşdə birinin saxlanıldığı, sahəsi 4 min kvadratmetrdən çox olan anbar məhv olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Yle” telekanalı məlumat yayıb.
Bildirilib ki, yanğın Şimali Ostrobotniya əyalətinin Tyurnyava şəhərində yerləşən anbar kompleksində baş verib. Ümumilikdə 4 mindən çox ton kartofun saxlanıldığı dörd anbar yanıb. Yanğınsöndürənlər alovun söndürülməsinin bir neçə gün çəkəcəyini bildiriblər. Yanğının səbəbi açıqlanmayıb.
Finlandiyanın Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi toxumluq kartof ehtiyatının bərpası üçün görüləcək tədbirləri müzakirə etmək məqsədilə təcili iclas çağırıb. Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, ehtiyatın bərpası bir neçə il çəkə bilər.
Aysel Mətləb