Putin Ukrayna danışıqlarına kimləri göndərir? - Adlar açıqlandı
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlara hazırlıq məsələsini Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
TodayPress TV xəbər verir ki, Putin müşavirədə iştirak edən şəxslərin danışıqlarda Rusiyanın nümayəndə heyətinin tərkibinə daxil olacağını bildirib.
Görüşdə prezidentin köməkçisi Vladimir Medinski, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov, prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Sergey Ryabkov iştirak ediblər.
Kübra Musayeva