Fransanı nə gözləyir? – Minlərlə polis və zirehli avtomobil küçələrdə

Fransanı nə gözləyir? – Minlərlə polis və zirehli avtomobil küçələrdə
06.11.2026 23:31 Dünya

Fransada noyabrın 7-də planlaşdırılan etiraz aksiyaları zamanı ictimai asayişin təmin edilməsi üçün təxminən 70 min polis və jandarm cəlb olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunes məlumat verib.

Nazirin sözlərinə görə, təhlükə səviyyəsi əvvəlki şənbə günlərində olduğu kimi qalır. Sosial şəbəkələrdə yenidən zorakılığa, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına və kommersiya obyektlərinə qarşı çağırışlar yayılıb.

Təhlükəsizliyin təmin edilməsi üçün 110 mobil bölmə, Milli Jandarmın 25 “Centaure” zirehli avtomobili, eləcə də su şırnaqlı maşınlar cəlb olunacaq.

Loran Nunes qeyd edib ki, əsasən həmkarlar ittifaqlarının təşkilatçılığı ilə noyabrın 5-də keçirilən aksiyalar ayrı-ayrı radikal qrupların iştirakı ilə baş verən insidentlərə baxmayaraq, ümumilikdə sakit keçib. Bununla yanaşı, nazir diqqətə çatdırıb ki, noyabrın 7-də keçiriləcək etiraz aksiyaları əsasən həmkarlar ittifaqları tərəfindən təşkil olunmur. Buna görə də vəziyyət fərqli inkişaf edə bilər.

Fransada kütləvi etiraz aksiyaları sentyabrın sonundan keçirilir. İlkin olaraq məktəblilər təhsil müəssisələrinin qənaətbəxş olmayan vəziyyətinə, həddindən artıq yüklənmiş dərs cədvəlinə və bəzi fənlər üzrə müəllim çatışmazlığına etiraz edərək məktəbləri bloklamağa başlayıblar.

Gültac Mehdi̇zadə

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər