Tramp “sağ qolu”nu mühüm vəzifəyə gətirdi

Tramp “sağ qolu”nu mühüm vəzifəyə gətirdi
06.11.2026 23:06 Dünya

ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasında kadr dəyişikliyi edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, noyabrın 9-dan etibarən Stiven Miller Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcək. O, hazırda prezident administrasiyasının aparat rəhbərinin müavini və Trampın ən etibarlı müşavirlərindən biridir.

Hazırkı aparat rəhbəri Syuzi Uayls isə Trampın siyasi komandasına keçəcək.

ABŞ Prezidenti Syuzi Uaylsa fəaliyyətinə görə təşəkkür edib və onun işini yüksək qiymətləndirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər