NBA finallarında əsrin kambeki: 29 xallıq dönüş!
“Nyu-York Niks” klubu NBA final seriyalarının tarixində ən böyük geridönüşə imza atıb.
TodayPress TV xəbər verir ki, NBA-nın 2025/2026 mövsümünün final seriyasının dördüncü oyununda “Nyu-York Niks” doğma meydanda “San-Antonio Spörs” üzərində 107:106 hesablı qələbə qazanaraq tarixi geridönüş reallaşdırıb.
Statistik portal “Onyx”in məlumatına görə, “Niks” qarşılaşma ərzində 29 xallıq fərqi aradan qaldıraraq NBA finalları tarixinin ən böyük kambekinə imza atıb.
Matçın ən məhsuldar oyunçuları “Nyu-York Niks”in heyətində 36 xal toplayan Branson və 33 xal qazanan Anunobi olub. “San-Antonio Spörs”də isə Vembanyama 24 və Harper 21 xal toplamaqla fərqləniblər.
Bununla da əvvəlki rekord yenilənib. İndiyədək NBA finalları tarixində ən böyük geridönüş 24 xal olub və bu nəticə “Boston Seltiks” tərəfindən Los-Anceles Leykers” ilə oyunda qeydə alınıb. Üçüncü ən böyük kambek isə 1995-ci ildə “Hyuston Rokets” komandasının “Orlando Mecik” üzərində 20 xallıq geridönüşü hesab olunur.
Qeyd edək ki, final seriyasının dörd oyunundan sonra “San-Antonio Spörs” ümumi hesabda “Nyu-York Niks”ə 1:3 hesabı ilə uduzur.
Namiq HUN