"Naxçıvan" "Lənkəran"ı məğlub etdi

"Naxçıvan" "Lənkəran"ı məğlub etdi
07.03.2026 00:45 İdman

Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun daha bir oyunu keçirilib.

TodayPress TV-nin əlumatına görə, "Naxçıvan" bu gün "Lənkəran" komandası ilə üz-üzə gəlib.

Sərhədçi İdman Mərkəzindəki qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 104:73.

Naxçıvan təmsilçisi B qrupunda 30 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" isə 21 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67) məğlub edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər