NASCAR-da inanılmaz dram: Overtaym, 18 peys-kar və Larsonun 33-cü qələbəsi

NASCAR-da inanılmaz dram: Overtaym, 18 peys-kar və Larsonun 33-cü qələbəsi
14.09.2026 09:27 İdman

“NASCAR Cup Series” çərçivəsində Sent-Luis şəhəri yaxınlığındakı “World Wide Technology Raceway” ovalında keçirilən “Enjoy Illinois 300” yarışı çoxsaylı qəza və toqquşmalarla yadda qalıb. 

TodayPress TV xəbər verir ki, yarış ümumilikdə 18 dəfə peys-karın (təhlükəsizlik avtomobili) trasa daxil olması ilə kəsilib. 

Gərgin keçən yarış overtmaya uzanıb. Overtaymda fərqini qoruyan “Hendrick Motorsports” komandasının son çempionu Kayl Larson finiş xəttini birinci keçərək cari mövsümdə ilk, karyerasında isə 33-cü qələbəsini qazanıb. Onun komanda yoldaşı Aleks Bouman ikinci, “Team Penske”dən Coui Loqano isə üçüncü yeri tutub.

Ümumi hesabda Sent-Luisdə yarışı 9-cu sırada bitirən Denni Hemlin 2168 xalla liderliyini qoruyur. Zəfərdən sonra ikinci pilləyə yüksələn Kayl Larson liderlə xal fərqini 9-a endirib. Kristofer Bell (2150 xal) üçüncü, Rayan Bleyri (2135 xal) dördüncü pilləyə geriləyib. İlk “beşliyi” isə əfsanəvi basketbolçu Maykl Cordanın sahibi olduğu “23XI Racing” komandasının pilotu Tayler Reddik (2126 xal)  qapayır.

NASCAR üzrə növbəti “Bass Pro Shops Night Race” mərhələsi sentyabrın 19-da “Bristol Motor Speedway” qısa trekində keçiriləcək. Mərhələnin qrand-marşalı məşhur aktyor Bred Pitt olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər