Narkotik axtarışı iddialarına Seneqaldan sərt reaksiya!

Narkotik axtarışı iddialarına Seneqaldan sərt reaksiya!
10.06.2026 12:09 İdman

Seneqal Futbol Federasiyası (FSF) futbolçuların ABŞ-də narkotik axtarışı ilə yoxlanılması iddialarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, federasiya ABŞ hava limanında Seneqal millisi futbolçularının və məşqçilər heyətinin yoxlanılması ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Qurumun açıqlamasında sosial şəbəkələrdə yayılan videonun yanlış anlaşılmalara səbəb olduğunu bildirərək qeyd olunub ki, yoxlama bəzi KİV-lərin iddia etdiyi kimi komandanın San-Antonioya çatmasından sonra deyil, Şimali Karolinadakı Rolidən ABŞ daxilində həyata keçirilən uçuşdan əvvəl aparılıb.

Federasiyanın məlumatına görə, komandanı daşıyan avtobus hoteldən birbaşa hava limanının uçuş-eniş zolağına yönəlib. Futbolçular və heyət üzvləri təyyarəyə minməzdən əvvəl təhlükəsizlik və polis yoxlamasından keçiblər. Bu prosedur onların terminal və gözləmə zallarından istifadə etmədən birbaşa təyyarəyə minməsinə imkan yaradıb.

FSF vurğulayıb ki, tədbirin məqsədi logistikanı sadələşdirmək və komandanın San-Antonioya çarter reysi ilə rahat şəkildə yola salınmasını təmin etmək olub.

Açıqlamada həmçinin qeyd edilib ki, bütün prosedurlar aviasiya təhlükəsizliyi qaydalarına tam uyğun şəkildə həyata keçirilib və heç bir insident qeydə alınmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər