“Napoli”də müvəqqəti ayrılıq
“Napoli” klubunun baş məşqçisi Antonio Konte həftənin sonuna qədər komandadan ayrılmaq qərarına gəlib.
TodayPress TV “Napolinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar klub rəhbərliyi ilə razılaşdırılıb.
Konte noyabrın 17-dək komandanın məşqlərinə qatılmayacaq.
Daha əvvəl bildirilmişdi ki, “Napoli” rəhbərliyi Konteni qovmaq fikrində deyil və qış transfer pəncərəsi dövründə heyətin gücləndirilməsinə 50 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində noyabrın 25-də Neapolda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.
Namiq HUN