“Napoli” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
Çempionlar Liqasının V turunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu üçün bilet satışına başlanılıb.
TodayPress TV xəbər verir ki, biletlərin qiyməti 25–165 avro (təxminən 49–324 manat) arasında dəyişir.
Görüş 26 noyabrda “Dieqo Armando Maradona” stadionunda oynanılacaq.
Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” isə 4 xalla 24-cü yerdədir.