“Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır
Rasmus Hoylund “Mançester Yunayted” klubundan “Napoli” komandasına birdəfəlik transfer olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti rəsmi açıqlama yayıb.
“Klubdakı hər kəs Rasmusun gələcək karyerasında uğurlar arzulayır”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, danimarkalı hücumçu ötən ilin yayından etibarən icarə əsasında “Napoli”də çıxış edirdi. Neapol təmsilçisi futbolçunun transfer hüquqlarını tam şəkildə əldə etmək qərarına gəlib.
Mediada yayılan məlumatlara görə, “Napoli”nin satınalma maddəsini aktivləşdirməsi 44 milyon avroya başa gəlib.
Xatırladaq ki, “Mançester Yunayted” 2023-cü ilin avqustunda Hoylundu “Atalanta” klubundan 79,8 milyon avroya transfer etmişdi. 23 yaşlı forvard ötən mövsüm A Seriyasında keçirdiyi 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN