“Napoli” daha bir oyunçusunu itirdi

“Napoli” daha bir oyunçusunu itirdi
14.11.2025 09:10 İdman

“Napoli” klubunun yarımmüdafiəçisi Andre Zambo Angissa Kamerun millisində ciddi zədə alıb.

TodayPress TV xəbər verir ki, həkim müayinəsindən keçən yarımmüdafiəçinin sol budundakı əzələsində ciddi yırtıq aşkarlanıb. 

Angissa cari mövsüm 14 oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib.

İtaliya çempionunun digər yarımmüdafiəçisi Kevin De Bruyne də zədəlidir. Belçikalı ulduz futbolçu 2026-cı ilə qədər “Napoli”yə kömək edə bilməyəcək. 

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində noyabrın 25-də “Dieqo Armando Maradona” stadionunda “Qarabağ”ı qəbul edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər