Mundial arzusu yarımçıq qaldı: hakimdən təsirli mesaj

Mundial arzusu yarımçıq qaldı: hakimdən təsirli mesaj
09.06.2026 12:29 İdman

DÇ-2026-nın final mərhələsində hakimlik etməli olan somalili referi Omar Abdulkadir Artan ABŞ-yə girişinə icazə verilməməsi ilə bağlı baş verən hadisəyə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb. 

Bildirilir ki, hakim diplomatik pasportla Birləşmiş Ştatlara gəlsə də, Mayami Beynəlxalq Hava Limanında immiqrasiya orqanları tərəfindən ölkəyə buraxılmayıb. Qərarın səbəbi isə ona açıqlanmayıb.

Artan baş verənlərə baxmayaraq nikbin olduğunu vurğulayıb:

“Mövcud şəraitə baxmayaraq, əhvalım yaxşıdır və qarşıdakı peşəkar çağırışlara fokuslanmışam. Mənə dəstək mesajları göndərən futbol ictimaiyyətinə təşəkkür edir, dünya çempionatında iştirak edəcək həmkarlarıma uğurlar arzulayıram. FIFA və Afrika Futbol Konfederasiyasına göstərdikləri dəstəyə görə minnətdaram. Gələcəkdə daha da inkişaf etmək və peşəkarlıq səviyyəmi artırmaq üçün çalışmağa davam edəcəyəm”.

Qeyd edək ki, Omar Artan dünya çempionatının final mərhələsinə təyinat alan ilk Somali hakimi kimi tarixə düşüb. O, həmçinin 2025-ci ildə Confederation of African Football tərəfindən qitənin ən yaxşı hakimi seçilmişdi.

Xatırladaq ki, 2026 FIFA World Cup iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər