Mourinyo Tomaş Araujunu "Real"a gətirmək niyyətindədir

Mourinyo Tomaş Araujunu "Real"a gətirmək niyyətindədir
13.06.2026 17:20 İdman

İspaniyanın "Real" klubu Portuqaliya təmsilçisi "Benfika"nın futbolçusu Tomaş Araujunu heyətinə qatmaq niyyətindədir.

TodayPress TV xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo 24 yaşlı müdafiəçini komandasında görmək istəyir.

"Kral klubu"nun portuqaliya oyunçu üçün rəsmi təklif göndərməsi gözlənilir.

Xatırladaq ki, Tomaş Arauju ötən mövsüm bütün turnirlərdə 39 oyuna bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Benfika" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər