Mourinyo qalaktikoslara yox, fədakar futbolçulara üstünlük verir!

Mourinyo qalaktikoslara yox, fədakar futbolçulara üstünlük verir!
11.06.2026 10:16 İdman

Joze Mourinyo “Real”da görmək istədiyi oyunçu profilini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Bildirilir ki, Mourinyo klubun növbəti transfer dövründə “qalaktikos” tipli ulduz futbolçulara deyil, ambisiyalı, zəhmətkeş, meydanda çox çalışan və komanda uğrunda fədakarlıq etməyə hazır oyunçulara üstünlük verməsini istəyir.

Portuqaliyalı mütəxəssis özünü digərlərindən üstün hesab edən və həddindən artıq yüksək özünəinam nümayiş etdirən futbolçuların transferinə isti yanaşmır.

Madrid təmsilçisi istedadlı hücumameylli yarımmüdafiəçi Niko Pası yenidən komandaya qaytarmaq, akademiya yetirməsi Tyaqo Pitarçın potensialını üzə çıxarmaq, həmçinin əsas heyət üçün mərkəz və sağ müdafiəçi transfer etmək niyyətindədir. Bundan əlavə, sol müdafiəçi və yarımmüdafiəçi mövqelərində rəqabətin artırılması planlaşdırılır.

Mourinyonun istəkləri sırasında bir yaradıcı pleymeyker və bir dayaq yarımmüdafiəçisinin transferi də yer alır. Sağ cinah hücum xəttinə gəlincə isə təcrübəli mütəxəssis həmin mövqe üçün mütləq ulduz futbolçunun alınmasında israr etmir. Xüsusilə, Maykl Olise kimi səs-küylü transferin vacib olmadığını düşünür.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər