Mourinyo Madridə dönür: “Benfika” ayrılığı təsdiqlədi

Mourinyo Madridə dönür: “Benfika” ayrılığı təsdiqlədi
10.06.2026 10:14 İdman

Joze Mourinyo yenidən “Real”da. Madrid təmsilçisi “Benfika”ya 15 milyon avro ödəyib. 

TodayPress TV xəbər verir ki, Lissabon təmsilçisi sosial şəbəkə hesabında “Real Madrid” klubunun baş məşqçi Joze Mourinyo ilə müqavilənin vaxtından əvvəl ləğvi üçün 15 milyon avro ödədiyini açıqlayıb.

Məlumatda bildirilir ki, 63 yaşlı mütəxəssis əməkdaşlığın dayandırılmasına razılıq verib.

Klub paylaşımında “Təşəkkürlər, Joze Mourinyo” ifadəsinə yer verib.

Daha əvvəl yayılan xəbərlərə görə, Mourinyo “Real”la 2028-ci ilin yayına qədər müqavilə imzalayacaq. Sazişdə daha bir mövsüm uzadılma bəndinin olduğu qeyd edilir. Təcrübəli çalışdırıcının Madrid klubunda illik maaşının 7-8 milyon avro olacağı bildirilir.

Mourinyo 2025-ci ilin sentyabrından etibarən “Benfika”ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 45 oyun keçirib. Bu matçların 27-də qalib gəlib, 10-da heç-heçə edib və 8 dəfə məğlub olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər