Mourinyo: Luço Qonsalez mənim professionalizmimi təhqir etdi

Mourinyo: Luço Qonsalez mənim professionalizmimi təhqir etdi
09.03.2026 12:39 İdman

Joze Mourinyo, “Benfika” və “Porto” (2:2) komandaları arasında Premeyra Liqanın XXV tur matçından sonra baş verən söhbəti açıqlayıb. 

TodayPress TV “A Bola” nəşrinə istinadən xəbər verir ki, qarşı tərəfin baş məşqçisi Luço Qonsalez Mourinyoya “50 dəfə satqın” deyib. 

Mourinyo bununla bağlı fikrini belə ifadə edib:

“O, məni 50 dəfə satqın adlandırdı. Mən ondan soruşmaq istəyirdim, niyə satqınam? Mən “Porto”da çalışmışam, bütün ürəyimi ora qoymuşam, sonra “Çelsi”, “İnter” və “Real Madrid”də işləmişəm. Dünyanı gəzdiyim bütün illərdə hər gün futbola 24 saatımı vermişəm. Bu, professionalizmdir. O, “Marsel”ə keçəndə “Porto”ya satqın oldu?” O, mənə başqa sözlərlə təsir edə bilərdi, amma bu yanaşma mənim professionalizmimə hücumdur”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər