Morqan Rocers yay transfer bazarını silkələyə bilər

Morqan Rocers yay transfer bazarını silkələyə bilər
01.06.2026 09:32 İdman

“Mançester Siti” “Aston Villa” klubunun və İngiltərə millisinin futbolçusu Morqan Rocers üçün rekord məbləğ ödəyə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb. 

Bildirilib ki, “şəhərlilər” əvvəllər “Siti”nin akademiyasında çıxış edən 23 yaşlı yarımmüdafiəçi uğrunda mübarizəyə qoşulub. 

Hazırda “Aston Villa”nın formasını geyinən futbolçu ilə “Arsenal”, “Çelsi”, “Bavariya” və “Paris Sen-Jermen” klubarı maraqlanır.

Morqan Rodjers mümkün transferə müsbət yanaşır. Lakin “Aston Villa” oyunçusunu ucuz qiymətə buraxmaq niyyətində deyil. Bu səbəbdən transferin yay pəncərəsinin ən bahalı sövdələşmələrindən biri olacağı bildirilir.

Qeyd edək ki, “Mançester Siti”də hücum xəttinin yenilənməsi planlaşdırılır. Komandanı çalışdıran Enzo Mareska və idman direktoru Hugo Viana heyətin gücləndirilməsi istiqamətində iş aparırlar. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər