Monzada Şumaxer küləyi əsəcək: “Ferrari”dən xüsusi sürpriz!
“Ferrari” komandası “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin şərəfinə “İtaliya Qran-prisi” üçün xüsusi livreyasını təqdim edib.
TodayPress TV xəbər verir ki, komandanın SF-26 bolidi üçün hazırlanan xüsusi dizayndan yeddiqat dünya çempionu Lyuis Hemilton və onun komanda yoldaşı Şarl Lekler Monzada keçiriləcək yarışda istifadə edəcəklər.
2026-cı ildə Monzada keçiriləcək İtaliya Qran-prisi Şumaxerin “Ferrari” ilə ilk qələbəsinin (1996) 30-cu, Formula 1-də sonuncu qələbəsinin (2006) isə 20-ci ildönümünə təsadüf edəcək.
Qeyd edək ki, Mixael Şumaxer 1996-2006-cı illərdə “Ferrari”nin heyətində çıxış edib. Almaniyalı pilot 2000-2004-cü illərdə ardıcıl beş dəfə dünya çempionu olub.
Ümumilikdə Şumaxer İtaliya Qran-prisini beş dəfə qazanıb.
Namiq HUN