“Monako”nun yarımmüdafiəçisi “Marsel”lə matçı buraxacaq
“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizində yaranan problem səbəbindən komandasının Liqa 1-də “Marsel”ə qarşı 16-cı tur matçını buraxacaq.
TodayPress TV xəbər verir ki, oyun14 dekabrda keçiriləcək.
Komandanın baş məşqçisi Sebastyen Pokonyoli bildirib ki, Poqbanın dizində yüngül vətər dartılması var və bu ciddi problem sayılmır: “O, yaxşı formada deyildi. Bu, ciddi problem deyil”.
Qeyd edək ki, Poqba dopinq qadağası səbəbindən 2025-ci ilin yayında azad agent kimi “Monako”ya qoşulub. Bu mövsüm o, Liqa 1-də üç oyun keçirib və qol vura bilməyib.