Möhtəşəm hesab, sərt qərar - Filipe Luis postundan getdi
İdman
03.03.2026 11:23
Braziliyanın “Flamenqo” klubu əsas komandanın baş məşqçisi Filipe Luis ilə yollarını ayırıb.
TodayPress TV “Globo” nəşrinə istinadən xəbər verir ki, qərar komandanın “Madureyra” üzərində 8:0 hesablı qələbəsindən sonra açıqlansa da, məşqçinin istefası ilə bağlı qərar start fitindən əvvəl qəbul olunub.
“Flamenqo” sözügedən qələbəni Liqa Kariokanın yarımfinal mərhələsində qazanıb.
Filipe Luis 2024-cü ildən komandanı çalışdırırdı. O, futbolçu karyerası ərzində də bu klubun formasını geyinib.
Xatırladaq ki, Luis daha çox Madridin “Atletiko” və Londonun “Çelsi” klublarındakı çıxışı ilə tanınıb. O, “Atletiko” ilə İspaniya çempionu və UEFA Kubokunun qalibi olub, “Çelsi” ilə isə Premyer Liqanı qazanıb.
Namiq HUN
tag: Filipe Luis,Flamenqo,İstefa,Klub,Todaypress.tv,
