Misirli ulduz susur: Premyer Liqada antirekord!
Məhəmməd Salah Premyer Liqada ardıcıl doqquz oyundur qol vura bilmir.
TodayPress TV xəbər verir ki, misirli vinger sonuncu dəfə noyabrın 1-də “Aston Villa” klubu ilə matçda (2:0) fərqlənib.
Bu, onun “Liverpul” karyerasında Premyer Liqa çərçivəsində ən uzun qolsuz seriyadır.
İngiltərə çempionatının XXVII turunda “Liverpul” səfərdə “Nottingem Forest” üzərində 1:0 hesablı çətin qələbə qazanıb. Yeganə qolu 90+7-ci dəqiqədə Mak Allister vurub. Salah oyuna start heyətində başlasa da, fərqlənə bilməyib.
Qeyd edək ki, cari mövsümdə Salah bütün turnirlərdə 27 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Nottingem Forest”lə oyundan sonra mətbuatla danışmaqdan imtina edib.
Namiq HUN