Minifutbol millimiz azarkeşlərlə görüşəcək
Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandası bu gün azarkeşlərlə bir araya gələcək.
Bu barədə TodayPress TV-yə Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.
Komanda üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaq. Sonra onlar üçün ayrılmış xüsusi avtobusla şəhər turuna çıxaraq çempionluq sevincini azarkeşlərlə bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.