Milyonçu boksçu qalmaqalda: ödənilməmiş borclar üzə çıxdı

İdman

14.04.2026 16:08

Floyd Meyvezer özəl təyyarə icarəsinin ödənilməməsi ilə bağlı məhkəməyə verilib.

TodayPress TV “Complex” nəşrinə istinadən xəbər verir ki, “Jet Set Aircraft” şirkəti boksçuya qarşı Los-Anceles dairə məhkəməsində 105 min dollar məbləğində iddia qaldırıb. 

İddiaya əsasən, Meyvezer 2025-ci ilin sentyabrında Terk və Kaykos adaları istiqamətində həyata keçirilmiş çarter reysinin ödənişini etməyib.

Bundan əvvəl “Business Insider” nəşri boksçunun ABŞ vergi xidmətinə də borcu olduğunu yazmışdı. Bildirilir ki, 2018–2023-cü illəri əhatə edən dövrdə onun vergi borcu 7,3 milyon dollar təşkil edir. Bu məsələ ilə bağlı iddia isə mart ayında qaldırılıb.

Namiq HUN

tag: Floyd Meyvezer,Complex,Kaykos ,Terk ,TodayPress TV,