Milliyə yeni ümid: AFFA Mustafayevin razılığına çalışır

İdman

01.12.2025 15:54

AFFA azərbaycanəsilli futbolçu axtarışlarını sürətləndirib. Rolan Mustafayev Azərbaycan millisində oynaya bilər. 

TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, qurum xüsusən Ukrayna və Rusiyada yaşayan azərbaycanəsilli futbolçulara maraq göstərir.

Assosiasiyanın tərtib etdiyi siyahı hər ötən gün genişlənsə də, azərbaycanəsilli futbolçuların razılığını almaq asan başa gəlmir.

“Dinamo Moskva” klubunun futbolçusu Ülvi Babayev dəvətə yox desə də, AFFA hələ də ümidini itirmir. 

Gündəmi zəbt edən futbolçulardan biri də Ukraynanın “Rux” klubunda çıxış edən Rolan Mustafayevdir. Hücumçunun çıxışını izləyən milli assosiasiya futbolçunun performansında ciddi irəliləyiş görüb. Bu səbəbdən 17 yaşlı oyunçunun özü və ailəsi ilə danışıqlara yenidən başlanılıb.

Qeyd edək ki, Rolan Mustafayevin Ukraynanın U-19 yığmasına çağırılması variantı yaranıb. Forvardın yaxınları isə onun Azərbaycan yığma komandasını seçməsinin tərəfdarıdır. Futbolçu özü vətəndaşlığını dəyişib-dəyişməyəcəyi barədə qərar verməlidir. Rolan Mustafayev Ukraynanın U-16 və U-17 yığma komandalarında çıxış edib.

Namiq HUN

TodayPress TV

tag: AFFA,Rolan Mustafayev,Milli,Ukrayna,Todaypress.tv,