Millinin sabiq üzvü futboldan kənarlaşdırıldı
Azərbaycan millisinin formasını geyinən Mert Çelik futboldan kənarlaşdırılıb.
TodayPress TV Türkiyə Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçinin cəzalanmasına səbəb mərc oyunlarına meyilli olmasıdır.
25 yaşlı futbolçu 45 gün müddətinə yaşıl meydanlardan uzaqlaşdırılıb.
Türkiyəli futbolçu Azərbaycanda, həmçinin “Neftçi” və “Səbail” klublarının da formasını geyinib.
Bundan əlavə, "Qalatasaray" klubundan Eren Elmalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu da eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.
Namiq HUN