Millimizin rəqibləri müəyyənləşdi
Qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.
TodayPress TV xəbər verir ki, AFFA-nın mətbuat xidməti məlumat yayıb.
İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk ikinci səbətdə yer alan millimizə 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarını rəqib seçib.
Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.
Namiq HUN