Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu
Futbol üzrə Azərbaycan millisinin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, yığmamız iyunun 5-də Malta, iyunun 9-da isə San Marino millisi ilə qarşılaşacaq.
Hər iki görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Malta matçının baş hakimi Mixali Kaprali olacaq. Ona yan xətt hakimləri Balaş Buzaş və Bençe Belitsa kömək edəcəklər.
Azərbaycan – San Marino qarşılaşmasının baş hakimi isə Marton Ruş təyin olunub. Onun köməkçiləri Balaş Şert və Balaş Şalai olacaq.
Qeyd edək ki, hər iki oyun Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Namiq HUN