Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün

Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün
03.06.2026 10:11 İdman

Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan 3x3 basketbol üzrə Dünya Kubokunda Azərbaycanın qadınlardan ibarət milli komandası bu gün daha iki oyun keçirəcək.

TodayPress TV xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərliyi altında çıxış edən yığma əvvəlcə Çexiya millisi ilə qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 19:05-də başlayacaq.

Azərbaycan millisi günün ikinci matçında isə ev sahibi Polşa yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmanın start fiti saat 20:55-də səslənəcək.

Qeyd edək ki, A qrupunda mübarizə aparan yığmamız Dünya Kubokunda keçirdiyi ilk iki oyunda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderland millisinə isə 13:19 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər