Millimiz yoxlama matçında Qırğızıstana məğlub oldu
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.
TodayPress TV-nin məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"Sav" stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.