Millimiz San Marinonu məğlub etdi

Millimiz San Marinonu məğlub etdi
10.06.2026 00:00 İdman

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib.

TodayPress TV-nin məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb.

Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.

TodayPress TV 

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər