Millimiz Qazaxıstana məğlub oldu

İdman

13.04.2026 21:40

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

TodayPress TV xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

Aktaudakı "BS Arena"da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da olacaq.

Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

TodayPress TV

tag: Futzal, Yoldaşlıq, Qazaxıstan, todaypress.tv,