Millimiz Litva qarşısında məğlubiyyətdən xilas oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, yığmamız Litvanın U-17 komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Rəsul Balakişiyev 65-ci dəqiqədə fərqlənərək komandasına heç-heçə qazandırıb.
Qeyd edək ki, U-17 millimiz bundan əvvəl Şimali İrlandiyaya 0:4, Almaniyaya isə 0:7 hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan millisi seçmə mərhələnin ilk iki oyunundakı uğursuz nəticələrdən sonra Litva ilə görüşdə ilk xalını qazanıb.
Namiq HUN