Millimiz FIFA turnirinin qalibi oldu

Millimiz FIFA turnirinin qalibi oldu
02.12.2025 20:40 İdman

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyununu keçirib.

TodayPress TV xəbər verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə qarşılaşıb. Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk matçda Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü nəticədən sonra 6 xalla turnirin qalibi olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər