Millimiz FIFA reytinqində dörd pillə gerilədi

Millimiz FIFA reytinqində dörd pillə gerilədi
19.11.2025 20:10 İdman

Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib.

TodayPress TV xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.

Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.

Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər