Millimiz dünya reytinqində irəlilədi

Millimiz dünya reytinqində irəlilədi
09.10.2025 14:49 İdman

Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan milli komandası reytinq sıralamasında 4 pillə irəliləyərək 23-cü sıraya yüksəlib.

Komandamızın hesabında 2300 reytinq xalı var. 

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi sıralamada 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı idi. Badminton millimiz son 9 ay ərzində reytinqdə 24 pilləlik sıçrayış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər