Millimiz Dünya Kubokunda gücünü göstərdi

İdman

25.05.2026 12:15

Peruda qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında keçirilən Dünya Kuboku yarışı başa çatıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının yaydığı məlumata əsasən, millimiz Lima şəhərində təşkil olunan turnirdə 24 ölkə arasında altıncı yeri tutub.

Heyətində Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovanın yer aldığı komandamız ilk görüşdə Kolumbiyanı 45:27 hesabı ilə məğlub edib.

Daha sonra yığmamız Yaponiya komandasına 45:39 hesabı ilə qalib gələrək ən güclü səkkizliyə yüksəlib.

Azərbaycan millisi yarımfinala gedən yolda Polşa ilə gərgin keçən qarşılaşmada 44:45 hesabı ilə məğlub olub.

5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə isə komandamız Cənubi Koreya yığmasına 45:41 hesabı ilə qalib gəlsə də, İtaliya komandasına 42:45 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

tag: Peru,qılıncoynatma,Dünya Kuboku,qadınlar,Todaypress.tv,

photo