Millimiz dünya çempionu OLDU
Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən 2-ci dünya çempionatında final oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, yığma həlledici görüşdə Çili seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, çövkən üzrə Azərbaycan yığması dünya çempionu olub
Üçüncü yeri isə Nigeri 3:2 hesabı ilə üstələyən Uruqvay komandası tutub.