Millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.
TodayPress TV xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komanda növbəti matçını iyunun 7-si ev sahibi İsveçə qarşı keçirəcək.