Milli üzvü əvəzedici heyətə göndərildi

Milli üzvü əvəzedici heyətə göndərildi
03.11.2025 11:24 İdman

“Neftçi”nin qapıçısı Rza Cəfərov əvəzedici heyətə göndərilib.

TodayPress TV sport24.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov qərar verib.

Azərbaycan millisinin üzvü artıq Əvəzedicilər Liqasında oyuna da çıxıb. Cəfərov IX turda baş tutan “Neftçi-2” - “Qəbələ-2” (2:1) görüşündə forma geyinib.

Bildirilir ki, Rza Cəfərov Samir Abasovun planlarına daxil deyil. Qolkiperin qışda “Kəpəz”ə icarəyə veriləcəyi gözlənilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər