Milli Superfinala vəsiqə qazandı

Milli Superfinala vəsiqə qazandı
26.05.2025 16:32 İdman

Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) qrup ikincisi olaraq Superfinala vəsiqə ilə yanaşı, gümüş medal qazanıb. 

TodayPress TV xəbər verir ki, millinin oyunçusu Orxan Məmmədov turnirin ən yaxşı futbolçusu seçilib.   

Ramil Əliyev isə 5 qolla bombardir olub.   

Qeyd edək ki, Superfinal 7-14 sentyabr tarixlərində İtaliyada keçiriləcək.

Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək. 

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər