Milli komandanın Linares sınağı
İdman
15.11.2025 14:16
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi 17-24 noyabr tarixində İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arası dünya çempionatında iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası (FIDE) qəbul edib.
Millimiz Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə mundiala dəvət olunub.
İlahə Qədimovanın kapitanı olduğu komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva qələbə uğrunda mübarizə aparacaqlar.
A qrupunda yer alan komandamız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmaları ilə yarışacaq.
B qrupunda isə Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.
Namiq HUN
tag: Qadın şahmatçılar,Azərbaycan millisi ,Beynəlxalq Şahmat Federasiyası (FIDE),İspaniya,Todaypress.tv,
