"Milan"ın idarəetmə strukturunda böyük dəyişikliklər gözlənilir

"Milan"ın idarəetmə strukturunda böyük dəyişikliklər gözlənilir
25.05.2026 19:20 İdman

UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyən İtaliya təmsilçisi "Milan" mövsümün məyusedici sonluğundan sonra klubun idarəetmə strukturunda dəyişikliklər etməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat yayıb.

Bildirdirilib ki, klub rəhbərliyi baş direktor və idman direktoru vəzifələrində mümkün dəyişikliklərlə bağlı müzakirələr aparır.

"Milan" A Seriyasının başa çatan mövsümünü turnir cədvəlinin beşinci pilləsində tamamlayıb. Komanda növbəti mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər