“Milan”a şok itki – Loftus-Çik üçün mövsüm bitdi!

“Milan”a şok itki – Loftus-Çik üçün mövsüm bitdi!
23.02.2026 17:28 İdman

İtaliya A Seriyasının XXVI turunda keçirilən qarşılaşmada “Milan”  – “Parma” oyununda ağır zədə alan Ruben Loftus-Çik üçün mövsüm başa çatıb.

TodayPress TV-nin məlumatına görə, yarımmüdafiəçinin çənə sümüyü sınıb və bir neçə dişi sıradan çıxıb. Həkimlərin ilkin rəyinə əsasən, Loftus-Çik cari mövsümdə yaşıl meydanlara qayıda bilməyəcək.

Zədənin İngiltərə millisindəki mövqeyinə də təsir göstərə biləcəyi bildirilir. Futbolçunun qarşıdakı dünya çempionatında iştirakı böyük sual altındadır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər