Milan-Kortina 2026: məşəli daşıyacaq ulduzlar müəyyənləşdi

Milan-Kortina 2026: məşəli daşıyacaq ulduzlar müəyyənləşdi
02.12.2025 16:19 İdman

“Milan”, “Yuventus” və “İnter” klublarının tanınmış sabiq futbolçusu Zlatan İbrahimoviç 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlini daşıyacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Olimpiadanın rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Məşəl daşıyıcıları sırasına həmçinin hazırda İtaliyanın “Como” qadın futbol komandasında çıxış edən məşhur Alişa Lenmann da daxil edilib.

İbrahimoviç hazırda İtaliyada yaşayır və “Milan” klubunun strukturunda çalışır.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları Milan və Kortina-d’Ampesoda 6–22 fevral tarixlərində keçiriləcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər