Meydanda sərt addım: Hakimi təhqir edən oyunçu və məşqçi cəzasız qalmadı!
AFFA İntizam Komitəsi İkinci Liqada matç zamanı hakimi təhqir edən klub təmsilçiləri ilə bağlı sərt qərarlar qəbul edib.
TodayPress TV xəbər verir ki, İntizam Komitəsi “Şəmkir” klubunun “Ağstafa Gəncləri” ilə oyunda referini təhqir etdiyinə görə qırmızı vərəqə alan futbolçusu Fuad Əhmədovu 4 oyunluq cəzalandırıb. Eyni zamanda, “Şəmkir” klubuna 1000 manat cərimə kəsilib.
“Difai” klubunun “Zəngəzur”la matçda hakimi təhqir edən məşqçisi Əli Hüseynov da 4 oyunluq diskvalifikasiya olunub. Klub 1000 manat məbləğində cərimələnib.
Namiq HUN